EN

Silahlı yeniyetmə məktəbə hücum etdi - FOTO

Rusiyada yeniyetmə soyuq silahla orta məktəbə hücum edib. İnsident Kurskdakı 54 saylı məktəbdə baş verib. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynin Telegram kanalında yaydığı məlumata görə, şlyapa taxmış və əlində çəkic olan azyaşlı binada dağıntılar törədib. 

Belə ki, 16 yaşı olan yeniyetmə səhər saat 8 radələrində təhsil müəssisəsinə soxulub. Xinşteyn qeyd edib ki, girişdə mühafizəçi olan kişi nədənsə onun qarşısını ala bilməyib.

"Yeniyetmə dərhal binaya soxulub, dəhlizdəki pəncərəni sındırıb və maneəsiz şəkildə küçəyə qaçıb. O, eyni zamanda çəkiclə ön qapının şüşəsini də sındırıb",- deyə Xinştein yazıb.

Yeniyetmə ərazidən qaçarkən binanın girişinə, içərisində alışqan maye və iki bıçaq olan çantasını atıb.

Rəsminin sözlərinə görə, hadisə 2 dəqiqədən çox çəkməyib. Rayon rəhbəri qeyd edib ki, insident nəticəsində xəsarət alan olmayıb. Xinşteyn bunun “ciddi siqnal” olduğunu vurğulayıb.


Tural

Chosen
21
news365.az

1Sources