EN

Azərbaycanda kreditlərin sığortasına maraq - KƏSKİN ARTIB

Azərbaycanda yanvar-noyabr ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 799 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 397 min manat və ya 41% çoxdur.

2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 401 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 69 min  manat təşkil edib Ötən ilin eyni dövründə cəmi 3 manat sığorta ödənişi olunub. Ödənişlər 66 min manat (22,6 dəfə) artıb.

Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib. 

Chosen
15
2
fed.az

4Sources