EN

Los Ancelesdəki Baş Konsulluğumuz vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün hərəkətə keçdi

Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir.

 

Sfera.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ AzÉ™rbaycan Xarici Ä°ÅŸlÉ™r Nazirliyinin mÉ™tbuat katibi Ayxan HacızadÉ™ mÉ™lumat verib.

 

O qeyd edib ki, yanvarın 7-dən Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib:

 

"Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb".(report)

Chosen
27
12
sfera.az

10Sources