Türkiyəyə sığınan suriyalılar ölkələrinə qayıtmağa davam edir.
Məlumata görə, son bir ayda 52 622 suriyalı Türkiyədən öz ölkələrinə qayıdıb. 2017-ci ildən etibarən 792 625 suriyalının ölkələrinə qayıtdığı bildirilib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası və Qızıl Aypara Cəmiyyəti ilə qeyri-hökumət təşkilatlarının dəstəyi ilə son 40 gündə Suriyaya 1958 TIR humanitar yardım göndərilib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriyadakı nümayəndəsi Qonzalo Varqas Llosa da 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 125 mindən çox qaçqının ölkələrinə qayıtdığını bildirib.