EN

Bu ərazilərdə işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:30-dan saat 13:00-dək Biləcəri qəsəbəsi Cantəpə yaşayış massivi və ətrafında yerləşən ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- deyə məlumatda qeyd edilib.

 

Chosen
8
48
7news.az

10Sources