Azərbaycan millinin oyununa təyinatlar açıqlandı
AÇ-2026-nın əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisi Xorvatiya yığması ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşə hakim təyinatları açıqlanıb.
Matçın birinci referisi Moldovadan, digər 2 hakimi isə Estoniyadan olacaq.
AC-2026
Əsas mərhələ
Xorvatiya – Azərbaycan
Hakimlər: Viktor Bugenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)
UEFA nümayəndəsi: Stephan Kammerer (Almaniya)
31 yanvar. Pula, Mate Parlov. Saat 22:15