EN

Həmədanlı fəalın həyatı təhlükədədir

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin həbsxanasında saxlanıldığı deyilən həmədanlı şair və ictimai fəal Qasım Bəhraminin (Şeydayi Həmədani) taleyi barədə məlumat verilməməsi onun ailəsinin narahatlığına səbəb olub.

Bu barədə şairin ailəsinə yaxın insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, həbsxananın təhlükəsizlik ölməsi olan 9-cu palatasına köçürüldükdən sonra onun barəsində heç bir məlumat verilməyib.

"Həmin bölmə məhbusların işgəncə ediıməsi ilə ad çıxardığına görə, həmədanlı fəalın həyatda olub-olmaması şübhə altındadır",- məlumatda bildirilib.

Qeyd edək ki, 15 sentyabr 2021-ci ildə Əli Xaməneini tənqid edən şeir yaydığına görə həbs edilən Qasım Bəhrami iki aydan sonra girov qarşılığında müvəqqəti sərbəst buraxlıb.

O, son dəfə 15 yanvar 2022-ci ildə Qərbi Azərbaycanın Türkiyə ilə sərhəd Makı şəhərində "qanunsuz şəkildə ölkədən qaçmaq" iddiası ilə həbs edilib.

Azərbaycanlı şair o gündən ölkənin müxtəlif həbsxanalarına, son dəfə isə Zahidan şəhərinin həbsxanasına köçürülüb.

visiontv.az



Chosen
18
visiontv.az

1Sources