EN

İspaniya klubları “Barselona”ya güzəştdən narazıdırlar

İspaniya La Liqasının klubları “Barselona”nın oyunçularının qeydiyyatı ilə bağlı məsələnin həllindən narazılıq edirlər.

Arena.az məlumat verir ki, ilk olaraq etiraz səsini ucaltmış klublar arasında Madrid “Atletiko”su rəsmi bəyanatı ilə diqqət çəkib:

“Atletiko” bu qərardan sonra İspaniya futbolunda yaranmış vəziyyətdən dərin narahatlığını ifadə etmək istəyir. Biz hesab edirik ki, müvafiq qərar mövcud sistemi təhdid edir, oyun qaydalarını isə şübhə altına alır. İdman Qanunu İspaniya La Liqasında mövcud olan iqtisadi nəzarətləri ehtiva edir və qoruyur. Amma bu qətnamə ilə o təhlükə altındadır”, – “döşəkçilər”in rəsmi bəyanatında deyilir.

“Atetiko” ilə yanaşı “Las Palmas” da müvafiq məzmunda açıqlaması ilə çıxış edərək, narazılığını ifadə edib. Digər klubların da düşərgəsindən oxşar məzmunlu narazılıqların baş qaldırdığı məlumdur.

Xatırladaq ki, “Barselona”, “blauqrana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və mərkəz hücumçusu Pau Viktoru İspaniya La Liqasının cari mövsümünün ikinci yarısı üçün qeydiyyata salmağa müvəffəq olub.

Yanvarın əvvəlində İspaniya La Liqası, eləcə də İspaniya Kral Futbol Federasiyası (RFEF) Kataloniya klubuna oyunçularının qeydiyyatı ilə bağlı rəsmən imtina etmişdi. Bununla belə, çərşənbə günü, yanvarın 8-də məlum olub ki, İspaniyanın Ali İdman Şurası “Barselona”ya, Kataloniya klubunun şikayət ərizəsinin məhkəmələrdə baxışda olacağı müddətdə Olmo və Viktoru İspaniya La Liqa mövsümünün ikinci dövrəsi, İspaniya Kuboku və İspaniya Super Kuboku üçün qeydiyyatdan keçirməyə icazə verib.

Chosen
27
49
arena.az

10Sources