EN

Tramp-Putin görüşü çox yaxındır - Kremlin sözçüsü açıqladı

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş onun andiçmə mərasimindən əvvəl baş tuta bilər.

Peskov əlavə edib ki, Tramp yanvarın 20-də vəzifəyə başladıqdan sonra Putinlə görüşün keçirilməsində irəliləyiş əldə oluna bilər.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı tez-tez bəyan edirdi ki, Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə bilər. Lakin Tramp və onun müşavirləri bu yaxınlarda bunun aylar ərzində həll oluna biləcəyini bəyan ediblər. Qəbul edilir ki, iki prezidentin görüşü gələcək sülhün açarı ola bilər.

“AzPolitika.info”

Chosen
15
50
azpolitika.info

10Sources