Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarım ilə yaxındır müzakirə olunan "İnkişaf Strategiyası"nı açıqlayıb.
Fanat.Az xəbər verir ki, hərtərəfli müzakirələr nəticəsində hazırlanan layihə ictimaiyyətin müzakirəsinə təqdim olunub.
AFFA tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanakən ictimaiyyətə müraciət olunmuş və rəylər toplanmışdı.
Son olaraq strategiyanın layihəsinə rəy və təkliflərinizi 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirə bilərsiniz. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq.
Strategiyaya buradan keçid edə bilərsiniz.