Bazar günü Rusiya və Ukrayna qüvvələri Kursk vilayətində hücum əməliyyatlarına başlayıb.
Tərəflər bir-birini qabaqlamağa və ya biri digərinin planlarını pozmağa çalışır. Bununla belə, hər iki hücum minimal nəticələr verib və hücum edənlər üçün əhəmiyyətli itkilərlə müşayiət olundu.
Editor.az bildirir ki, bu barədə “Forbes” yazıb. Ruslar, ehtimal ki, 34-cü motoatıcı briqadanın və ya 155-ci dəniz piyada briqadasının iştirakı ilə tanklar, piyadaların döyüş maşınları və yüngül “arabalar” da daxil olmaqla 50-yə yaxın texnikadan istifadə etməklə altı dalğalı hücum həyata keçiriblər. Gün ərzində qarla örtülmüş açıq tarlalarda hərəkət edərkən onlar Ukraynanın pilotsuz təyyarələri, raketləri və artilleriyasının güclü atəşinə məruz qalıblar.
Amerika istehsalı olan zirehli texnika ilə təchiz edilmiş Ukraynanın 47-ci Mexanikləşdirilmiş Briqadası Rusiya qüvvələrinə ciddi itkilər verərək, hücuma qarşı effektiv mübarizə apara bilib. Rusiya itkiləri 45 ölü və 53 yaralı təşkil edib ki, bu da demək olar ki, bir rotanın sayına uyğundur.
//Samir Qurbanov, Editor.az