EN

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nintəsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədəfərman imzalayıb.

Trend xəbər verir ki, fərmanla İqtisadiyyatNazirliyinə yeni səlahiyyət verilib.

Belə ki, sistemin sahibi və operatoru Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyidir.

Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sistemininfəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyənedir.

Sistem rəqəmsal texnologiyalardan, o cümlədəninformasiya-kommunikasiya texnologiyalarından istifadə yolu iləmərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətmülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfidövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılanpublik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçininyerli özünüidarəetmə orqanlarının (bundan sonra – qurumlar)fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrininoperativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilənxidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini vəəlçatanlığını təmin edir.

Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsininoptimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlilaparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habeləgöstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.Sistemin tətbiqi aşağıdakı hədəflərə xidmət edir:

milli məkan məlumatları üzrə texniki tələblər toplusunun, milliməkan məlumatlarının, metaməlumatların formalaşdırılması vəinteqrasiyası;

milli məkan məlumatlarının yaradılmasında təkrarçılığın aradanqaldırılması baxımından Azərbaycan Respublikasının dövlətbüdcəsindən milli məkan məlumatlarının yaradılmasına ayrılan pulvəsaitinin səmərəli idarə edilməsi;

yaradılmış milli məkan məlumatlarına əlçatanlığın təminedilməsi;

milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində,keyfiyyətli və operativ göstərilməsi.

Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya vəelektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsininməqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təminetməkdir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi vəmühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan RespublikasınınQanununa və Azərbaycan Respublikasının digər normativ hüquqiaktlarına uyğun olaraq həyata keçirilir.

Sistemin fəaliyyətinin təşkili, idarə olunması vətəkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunlaqadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətinformasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın(bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplərəsasında formalaşdırılır və fəaliyyət göstərir.

Bu Əsasnamə əldə edilməsi qanunla məhdudlaşdırılmışinformasiyanı ehtiva edən informasiya ehtiyatlarına vəsistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektinəhəmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraqtətbiq edilir.

Chosen
28
8
az.trend.az

9Sources