EN

Norveçdən Ukraynaya görünməmiş dəstək - 2 milyard dollar ayırdı

Norveç 3 ildir davam edən müharibədə Ukraynaya tarixinin ən böyük hərbi yardımını verməyə hazırlaşır. İki ölkənin müdafiə nazirlərinin görüşündən sonra Norveçin 2025-ci ildə Ukraynaya hərbi yardım üçün təxminən 2 milyard dollar ayırdığı açıqlanıb.   Manset.az türk mətbuatına istinadən xəbər verir ki, Norveç üç ildir davam edən müharibədə Ukraynanın ən sadiq tərəfdarlarından biridir. Ukraynanın müdafiə naziri Rustem Umerov yanvarın 9-da norveçli həmkarı ilə görüşündən sonra verdiyi açıqlamada ölkənin 2025-ci ildə Ukraynaya hərbi yardım üçün təxminən 2 milyard dollar ayırdığını açıqlayıb. Bundan əvvəl Norveçin baş naziri Jonas Gahr Stoere dekabrın 16-da Ukrayna donanmasının gücləndirilməsi və Rusiyanın Qara dənizdəki təhdidlərinin qarşısını almaq üçün 242 milyon dollar dəstək elan etmişdi.

Umerov bildirib ki, 2025-ci ildə Ukraynaya ediləcək yardım Norveç tarixində ən böyük hərbi yardım paketi olacaq.

Chosen
13
2
manset.az

3Sources