EN

Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama

Azərbaycan vətəndaşı Ağamir Əzimovun Ukraynada əsir düşməsi faktı ilə bağlı araşdırmalara başlamışıq.
Bu sözləri BUTA.TV-a açıqlamasında XİN sözçüsü Ayxan Hacızadə Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Ağamir Əzimov ilə bağlı sorğumuza cavab verərkən deyib. "Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə məlumat verəcəyik", - XİN rsəmisi əlavə edib.

Qeyd edək ki, A.Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.

Chosen
16
7
buta.tv

8Sources