EN

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

9 yanvar 2024-cü il tarixində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin növbəti iclası baş tutub. İclasda 2023-cü ildə görülmüş işlər barədə hesabat təqdim olunub, 2025-ci il üçün Fəaliyyət Planı və qarşıda duran vəzifələr müzakirə edilib.

QHT.az xəbər verir ki, AMQF İdarə Heyətinin sədri Ramil İsgəndərli toplantıya sədrlik edərək görülən işlər və gələcək planlar haqqında fikir bildirib. Görüşdə İdarə Heyətinin üzvləri Pərvanə Vəliyeva, Azər Allahverənov, Xatirə Vəliyeva, Zaur İbrahimov, eləcə də Nəzarət-Təftiş Komissiyasının sədri Fariz Əkbərov iştirak ediblər.

Müzakirələr zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti, onların cəmiyyətə təsiri və gələcək strategiyalar ətrafında fikir mübadiləsi aparılıb. İclasda 2025-ci il üçün planlaşdırılan fəaliyyətlər, həmçinin cari məsələlər üzrə əhəmiyyətli qərarlar qəbul edilib.

Chosen
27
qht.az

1Sources