Bakı. Trend:
“Azərbaycan Duz İstehsalat Birliyi” Qapalı Səhmdar Cəmiyyəti(QSC) təşkilati-hüquqi formasını dəyişir.
Trend-in əldəetdiyi məlumata görə, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətəçevrildiyini elan edib.
Məlumata görə, yenidən təşkil edilməsi ilə əlaqədar olaraq“Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin hər birinin nominaldəyəri 1 000 manat olan 7 500 ədəd adi, adlı, sənədsiz səhmidövriyyədən çıxarılır.
Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” 2007-ci ildədövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Talıbov Nağı Səmədoğludur.
Şirkət 7 500 000 manat nizamnamə kapitalına malikdir.