EN

Gürcüstanda təxminən 6 kq çəkidə körpə doğulub

Qərbi Gürcüstanın Ozurqeti regional mərkəzindəki "Medalfa" klinikasının doğum evində 5,6 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib.

Qaziler.az bildirir ki, bu barədə bələdiyyənin meriyasından məlumat yayılır.

Oğlan yanvarın 8-də doğulub və adını Vaçe qoyublar. Ana və yeni doğulmuş körpənin vəziyyəti yaxşıdır. 

Həkimlərin qeyd etdiyi kimi, yeni doğulmuş körpələr üçün 5 kq-dan çox çəki "nəhəng" sayılır. Belə uşaqlar çox nadir hallarda doğulur. belə hadisələr  mində bir halda baş verir.

QAZİLER.AZ

Chosen
18
qaziler.az

1Sources