Demokrat.az xəbər verir ki, akademik APA-ya müsahibəsində adıçəkilən şəxs haqda çoxlu əfsanə dolaşdığını bildirib.
"O əfsanələrin nə qədərinin həqiqət olduğunu bilmirəm. Amma bir şeyə əminəm ki, Ətağa cəddinə inam gətirən, onun cəddini çağıran insanlar istədiklərinə nail olublar. Hətta başqa millətlərdən olsalar belə" -, deyə A.Əlizadə deyib.
O, jurnalistin Mir Mövsüm Ağa haqda suallarını belə cavablayıb:
- Siz özünüz də onun cəddini çox çağırmısınız?
- Bəli. Bir dəfə mən xaricdəydim, cəddini çağırdım, açıldı yollar.
- Gələndən sonra da türbəsini ziyarətə gedib nəzir vermisiniz?
- Bəli, Şüvəlana.
- Mir Mövsüm Ağanın sağlığında da əfsanələr dolaşırdı?
- Sağlığında çox dolaşmırdı. Öləndən sonra yayıldı. Bəzi şeylər ola bilər uydurmadır, deyə bilmərəm. Amma mən özüm həyatımda onun cəddini hiss etmişəm. Danışım da sizə. Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, iki gün qabaq bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb. Amma fikirləşdim ki, eybi yox, hoteldə səhər yeməyini yeyəndən sonra onsuz Moskvaya uçasıyıq. Orada xərcləməyə rublum var idi. Səhər oyandıq, gördük dumandan göz-gözü görmür. Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa. Özüm də susamışam.
- Və dua edirsiniz.
- Hə, dua edirəm. Bir də gördüm, ay seyid, bir gün çıxdı... Gözlərim yaşardı. Dedilər təyyarə gəlir, sevinc doldu ürəyimə. Olub, çox olub. Əşşi, birini də danışacağam. Burada direktor olduğum vaxtlardır, Amerikaya səfərim var.
10Sources
-
millitv.net“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı…” – AMEA-nın keçmiş rəhbəri akademik Akif Əlizadə ( 14718327)
-
olay.az“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - Akif Əlizadə ( 14714581)
-
pravda.az“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” ( 14713597)
-
demokrat.az“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” ( 14709761)
-
hurriyyet.az“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” ( 14709057)
-
milli.az“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” ( 14708345)
-
arqument.azAkif Əlizadə: "Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı..." ( 14708281)
-
hokm.azAMEA-nın sabiq prezidenti: “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı” ( 14707967)
-
apress.azAMEA-nın sabiq prezidenti: “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı” ( 14707927)
-
manset.az“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - Akif Əlizadə ( 14707253)