EN

Təbii qaz tarifləri: "Azərbaycanda əhalinin qaz limitləri artıq sıfırlanıb"

Məqalə barədə məlumatMüəllif, Aygül MehmanVəzifə, BBC Azərbaycanca

Azərbaycanda təbii qaz üzrə əhali kateqoriyasına aid abonentlərin sərfiyyat limitləri artıq sıfırlanıb, amma sayğac göstəricisini təqdim etməkdə gecikənlər də var. Bu ildən təbii qazın qiymətinin bahalaşdığını nəzərə alsaq, onda onlar ödənişi hansı tariflə həyata keçirəcəklər və işlədilən son qaz sərfiyyatı hansı ilə aid ediləcək: köhnə, ya yeni ilə?

Azərbaycanda əhali 3 tarif üzrə təbii qaz limitindən istifadə edir.

Bu ilin yanvarından təbii qaz hər tarif üzrə bahalanıb.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev BBC Azərbaycancaya bildirib ki, yanvarın əvvəlindən limitlər yenilənib. O deyib ki, qaz sayğacının son göstəriciləri yanvarın əvvəlinə qədər "oxunmayan" və ya təqdim edilməyən abonetlərin sayı azdır.

"Sayğacların sərfiyatının oxunmasına şərait yaratmayan və ya yarada bilməyən çox az sayda abonentlər üçün ortalama sərfiyyat çıxarılacaq, Yanvarın birinə qədər istifadə olunan hər bir kub qaza görə 12 qəpik, yanvarın ikisindən isə 12,5 qəpikdən sərfiyat hesablanacaq", - "Azəriqaz" sözçüsü deyib. Bu isə öz növbəsində dəyəri 12,5 qəpikdən ödənilən qaz sərfiyyatı yeni ildən sıfırlanmış limitə aid ediləcək.

Bəs, qaz limitinin sıfırlanması nədir, niyə və necə həyata keçirilir? Ümumiyyətlə, qaz istifadəsində limitlər və tariflər nədir? Bəs qaz limitini keçib-keçməmək haqda məlumatı necə əldə etmək olar?

BBC News Azərbaycanca bu və digər sualları 6 cavabda toplayıb.

Azərbaycanı nə gözləyir? ‘‘Əhalinin sosial halı ciddi pisləşməkdədir’’ – təhlilçilərVahid Əhmədov: "Bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz""Əlimizdəkini qaza verək, yoxsa işığa?", Bakıda sorğu1. Əhali üçün təbii qaza hansı tariflər tətbiq olunur?

Bu ilin yanvarın 2-dən Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın qiyməti limitlərə müvafiq olaraq, artırılıb.

Əhaliyə pərakəndə qaz satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Əvvəl əhali bir kub metr qaz üçün azı 12 qəpik ödəyirdisə, indi bu, yarım qəpik daha çox olacaq.

Əhali üzrə illik istehlak həcmi 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpiyə qaldırılıb.

İldə 2500 kub metrdən çox qaz işlədənlər üçün isə qiymət 5 qəpik bahalaşıb. İndi onlar bir kub metr üçün 25 qəbik yox, 30 qəpik ödəməli olacaqlar.

Qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib.

Qiymət artımından sonra hazırda üçpilləli limitə müvafiq olaraq, mövcud qiymətlər belədir:

1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik,1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik,2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir.

Ölkədə təbii qazın qiymətini Tarif Şurası tənzimləyir. Sonuncu qiymət artımı 2021-ci ildə olmuşdu.

Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 8 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub.

Sonradan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunmağa başlayıb.

Hazırda üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub.

Bu illər ərzində limitin ilkin pilləsi gah artırılıb, gah da azaldılıb. Bir müddət bu limit 1700 kubmetrdən 2200 kubmetrə də çatdırılmışdı. Sonradan isə limit 1200-ə endirildi.

2. Balansdakı limiti keçib-keçməmək haqda məlumatı haradan almaq olar?

Vətəndaşlar aylıq istifadə etdiyi qazın həcmi, müəyyən olunmuş limitlər, mövcud borcları haqda məlumat almaq üçün "Azəriqaz" İB -nin "Azeriqaz.az" info saytına daxil olub, "Borcunu öyrən" bölməsinə tuşlamalıdır. Daha sonra isə onlar mövcud xanaya abonent kodunu yazıb, istədikləri məlumatla tanış ola bilərlər.

Əgər vətəndaşın internetdən istifadə imkanı yoxdursa, o zaman o, yerli Qaz İstismarı İdarəsinə yaxınlaşmaqla abonent kodunu təqdim edib, müvafiq məlumatları öyrənə bilər.

Bundan başqa, "Azəriqaz"-ın qaynar xəttinə zəng etməklə də bu məlumatı öyrənmək mümkündür.

Üstəlik, artıq qaz borcu qəbzlərində də limitlə bağlı məlumat əks olunmağa başlayıb. Bunun üçün qəbzin yuxarı hissəsində, abonent məlumatlarının sonuna diqqət etmək lazımdır.

3. Təbii qaza tətbiq olunan tariflər kimlərə şamil olunur?

Təbii qaza tətbiq olunan limitlər və tariflər əhali qrupunun bütün sosial qruplarına şamil edilir.

"AzəriQaz" rəhbərliyində hesab edirlər ki, evin həcmi - kvadrat metri böyük olanlar daha çox "qaz pulu ödəyəcəklər", çünki böyük evlərdə qaza qoyulan aşağı tarifli limit daha tez bitir və belə abonentlər məcburən yüksək tariflərlə qaz pulu ödəməli olurlar.

Qurum hesab edir ki, abonentlərin təxminən 48 faizi limitin ilkin pilləsini aşmır.

"Pendir almaq istəyirdim. Apelsin... nar... Heç birini ala bilmədim" - Bakıda alıcının bazarda bir günüAzərbaycanı nə gözləyir? ‘‘Əhalinin sosial halı ciddi pisləşməkdədir’’ – təhlilçilər4. Təbii qazın əhaliyə satışı neçə yolla həyata keçirilir?

Azərbaycanda təbii qazın satışı üzrə tariflər əhali və qeyri-əhali qrupu üzrə fərqli hesablanır.

Ölkədə məişət qazı əhali istehlakçı qrupuna iki cür satılır: öncədən pulu ödənməklə - smart tipli sayğaclar vasitəsilə və sonradan ödənməklə - mexaniki sayğaclar vasitəsilə.

5. Təbii qaza tətbiq olunan limitlərin sıfırlanması nədir?

Əhali kateqoriyasına aid abonentlər üçün tətbiq edilən limit istifadə olunub-olunmamasından asılı olmayaraq, hər il yenilənir, yəni sıfırlanır.

Yəni, bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır.

Hazırda təbii qazdan güzəştli tariflə istifadədə ən aşağı limit 1200 kub metrdir.

AzərQaz bildirib ki, 1 milyon 300 min əhali-abonentin təxminən 30 faizi il ərzində 1200 kubmetrədək qazdan istifadə edir.

Amma müstəqil iqtisadçılar hesab edirlər ki, xüsusilə qış aylarında təbii qazla qızdırılan mənzillərdə 1200 kubmetri qısa vaxtda aşmaq mümkündür.

Bu isə o deməkdir ki, kiçik mənzillərdə yaşayanlar belə ilin sonuna doğru qazın kubmetrinə ən yaxşı halda bir 22 qəpik, bu limit də artıq keçilibsə, 30 qəpik ödəməli olacaq.

Ötən illərdə aşağı limit 2200 kub metrədək qaldırılsa da, hazırda yenidən 1200 kub metrdir.

Azərbaycandakı günəş enerjisi stansiyasının faydası nədir?Evinizi nə qədər isitməlisiniz: Bakıda sorğu"Uşaq meyvə istəyir, ala bilmirəm", bazarda balıq təmizləyən qadın6. Sıfırlanma necə həyata keçirilir?

Təbii qaza tətbiq olunan limitli tariflər sayğacların tipindən asılı olaraq iki cür sıfırlanır.

Smart tipli sayğaclarda sıfırlanma hər il başa çatdıqda avtomatik həyata keçirilir. Mexaniki sayğaclarda isə bu proses "Azəriqaz" əməkdaşlarının müdaxiləsi ilə baş tutur.

"Azəriqaz" sıfırlanmanı yanvar ayının ilk ongünlüyündə həyata keçirir.

Qurumun sözçüsü Eldəniz Vəliyev BBC-yə deyib ki, limitin sıfırlanması prosesi zamanı abonentin "365 gün limiti qorunur".

O bildirib ki, 2023-cü ildə Sumqayıt yaxınlığında yerləşən Yaşma bağlarında mexaniki sayğacların kənardan modem vasitəsilə oxunması ilə bağlı pilot layihə həyata keçiriblər. "Bu, o deməkdir ki, kiminsə qapısını döymədən mexaniki sayğaclarda qaz sərfiyyatının göstəricilərini xüsusi cihaz vasitəsilə kənardan oxumaq mümkündür".

Eldəniz Vəliyev deyib ki, hazırda smart kart tipli sayğac getdikcə istismardan çıxarılır və xüsusi cihaz qoşulmuş mexaniki qaz sayğacı ilə əvəzlənir: "Əslində, bu sayğacların quraşdırılmasından sonra abonentlər görəcək ki, əsl smart sayğac necə olur. Daha "kartımı itirmişəm" və ya "kartım koda düşüb" şikayətləri olmayacaq".

Sualınız varmı?

Mövzu barədə sualınız, şərhiniz, təklifiniz və ya müraciətiniz varsa, bu formanı dolduraraq bizə yazın.

Chosen
31
bbc.com

1Sources