İngiltərənin "Norviç" komandasının futbolçusu Borxa Sayns cəzalanıb.
Publika.az xəbər verir ki, hücumçu Çempionşip çərçivəsində "Sanderlend"lə matçda (1:2) rəqibinə tüpürdüyünə görə altı oyunluq diskvalifikasiya edilib. O, həmçinin 12 min funt sterlinq məbləğində cərimələnib.
Futbolçu uyğunsuz davranışına görə rəqibindən və azarkeşlərdən üzr istəyib.