EN

ABŞ sanksiyaları Qazaxıstan neftini də vurur: Bu il 28 iyundan sonra...

ABŞ Maliyyə Nazirliyi bu gün açıqlanan sanksiyalarda öz vətəndaşlarına, şirkətlərinə Rusiyada və Rusiyaya bağlı neft layihələrinə xidməti qadağan edib.

Musavat.com xəbər verir ki, sanksiyalarda Xəzər Boru Kəməri Konsorsiumu (KTK), Tengizchevroil və Saxalin-2 layihələrinə neft-mədən xidmətlərinin göstərilməsi ilə bağlı istisna tətbiq edilib.

Nazirliyin açıqlamasına görə, bu icazənin etibarlılığı 28 iyun 2025-ci il tarixinədək müəyyən edilib. Buraya yalnız neft nəqli ilə bağlı xidmətlər daxildir.

KTK Qərbi Qazaxıstandakı və Xəzər şelfindəki Rusiya neft yataqlarını Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Marşrutun uzunluğu 1511 km-dir. Sistem Qazaxıstan neftinin əsas ixrac marşrutudur və Qazaxıstandan boru kəməri ilə ixrac həcminin 80 faizindən çoxunu təmin edir. Sistem Qazaxıstan ərazisindən ildə təxminən 72,5 milyon ton neft və Rusiya vasitəsilə ildə 83 milyon tona qədər neft nəql etmək gücündədir. 2024-cü ildə kəmərlə 64,4 milyon ton neft nəql olunub.

Transneft və Rusiya dövlətindən başqa KTK-nin səhmdarları bunlardır: Qazaxıstan (KazMunayQaz – 19 faiz və Kazakhstan Pipeline Ventures MMC - 1,75 faiz) - 20,75 faiz, Chevron Caspian Pipeline Consortium Company – 15 faiz, LUKOIL International GmbH - 12,5 faiz, Mobil Caspian Pipeline Company - 7,5 faiz, Rosneft-Shell Caspian Ventures Limited - 7,5 faiz, BG Overseas Holding Limited – 2 faiz, Eni International N.A. N.V. – 2 faiz və Oryx Caspian Pipeline MMC - 1,75 faiz.

Qazaxıstanda Tengiz yatağının işlənməsini həyata keçirən “Tengizchevroil” MMC-nin iştirakçıları Chevron (50 faiz), ExxonMobil Kazakhstan Ventures Inc (25 faiz), KazMunaiGas vasitəsilə Qazaxıstan (20 faiz) və LUKOIL (5 faiz) şirkətləridir. Tengiz neft-qaz yatağı Qazaxıstanın ən böyük yataqlarından biridir, neft ehtiyatları 3,1 milyard ton təşkil edir.

Saxalin-2-nin bir hissəsi olaraq Saxalin şelfinin Piltun-Astoxskoye və Lunskoye yataqları işlənilir. Priqorodnıda (Saxalinin cənubu) Saxalin-2 LNG layihə zavodu 2009-cu ilin fevralında istifadəyə verilib və 2010-cu ildə ildə 9,6 milyon ton LNG olan tam layihə gücünə çatıb. Sakhalin Energy MMC-nin ortaq sahibləri Qazprom, Mitsui və Mitsubishi-dir.

Musavat.com

Chosen
15
musavat.com

1Sources