EN

Rusiyalı azərbaycanlı futbolçulardan üz döndərdi, əcnəbi cəhdi uğursuz oldu

"Sabah"ın baş məşqçisi Vasili Berezutskinin qış fasiləsində qapı mövqeyi ilə bağlı ilk cəhdi uğursuz olub.

Belə ki, rusiyalı mütəxəssis nə Nicat Mehbalıyevin, nə də Yusif İmanovun çıxışından tam məmnun deyil.

O, rəsmilərlə söhbətdə çərçivəni əcnəbi qapıçıya həvalə etmək istəyini açıq bildirib. Hətta yeni namizədini də təqdim edib.

Söhbət "Şamaxı"nın üzvü Rikardo Fernandesdən gedir.

Amma Portuqaliyalı üçün bölgə klubuna edilən bir neçə təklifə rəğmən müraciət istənilən nəticə verməyib.

"Tələblər" təzminat ödəməyə belə hazır olub.

Lakin tərəflər ortaq dil tapa bilməyincə məsələ tam olaraq qapanıb.

30 yaşlı əcnəbi qapıçı ötən yaydan "şirlər"in şərəfini qoruyur.

Premyer Liqanın yeni tapıntısının region komandası ilə müqaviləsi yayda qüvvədən düşəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources