EN

QHT sədri dənizlərin çirklənməsi, ciddi ekoloji problemlər və tədbirlərdən danışdı

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın QHT.az-a özəl açıqlamasına görə, dənizlərin çirklənməsi əsasən sənaye və kənd təsərrüfatı tullantıları, gəmiçilik, neft və qaz buruqları, eləcə də plastik tullantılardan qaynaqlanır.

"Xəzər dənizinin ekosisteminin qorunması məqsədilə dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilir. Təmizlənməmiş sənaye məhsulları, çaylardan gələn çirkab suları, mikroplastiklər və radioaktiv tullantılar dənizlərə ən böyük təhlükəni yaradır. Xəzər sahillərində çirklənmənin azaldılması üçün təmizləmə aksiyaları və ekoloji tədbirlər təşkil olunur. Plastik tullantılar isə dəniz ekosistemini ciddi şəkildə zədələyərək, qida zəncirinə daxil olmaqla insan sağlamlığına da mənfi təsir göstərir".

QHT sədri dənizlərin çirklənməsinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Chosen
21
qht.az

1Sources