“Qarabağ”ın üç zədəli futbolçusundan ikisi artıq sağalıb.
Bizim.Media xəbər verir ki, Kevin Medina, Bəhlul Mustafazadə və Aleksey İsayev “Kəpəz”lə yoxlama oyununda iştirak ediblər.
Ötən ilin sonlarında zədələnən Kevin Medina əsas heyətdə yer alıbsa, Bəhlul Mustafazadə ilə Aleksey İsayev ikinci hissədə mübarizəyə qoşulublar. Digər zədəli Bədavi Hüseynovun müalicəsi isə müəytən vaxt alacaq.
Qeyd edək ki, “Qarabağ” yoxlama oyununda “Kəpəz”i 5-1 hesabı ilə mğlub edib.
Rəşad Rafiqoğlu, Bizim.Media