Bakının Binəqədi rayonunda 1980-ci il təvəllüdlü Saleh yüngül həyat tərzi keçirən qadın - Elnarəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Hadisə ötən il dekabrın 28-də baş verib. Saleh həmin gün gecə saat 2 radələrində Xırdalan dairəsinin yaxınlığında yerləşən "Darvaza" otelin 11 saylı otağında Elnarə ilə cinsi əlaqədə olub.
Daha sonra Elnarə ilə zarafat edib. Bu, onun etirazına səbəb olub. Onların arasında mübahisə yaranıb. Saleh əli ilə Elnarəni vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.