EN

Tayvanda qərbin hava hücumundan müdafiə sistemləri ilin sonuna qədər yerləşdiriləcək

Tayvanın Müdafiə Nazirliyi yaxın gələcəkdə adanın şimalında ABŞ-dən sifariş edilmiş ən son qabaqcıl NASAMS “yer-hava” raket sistemlərini yerləşdirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu hava hücumundan müdafiə sistemləri Taypeyin Sunşan rayonunda və Yeni Taypeyin Tamsui bölgəsində yerləşdiriləcək. Sistemlər 2025-ci ilin sonuna qədər təhvil verilə bilər. Tədarük ABŞ-nin Bayden administrasiyası rəhbərliyi altında Tayvana silah satışının 17-ci paketinin bir hissəsi olacaq.

Chosen
31
1
report.az

2Sources