EN

Ulduz futbolçu PSJ-ni tərk edəcək: Enrike onunla hesablaşmır

Yarımmüdafiəçi Marko Asensio yanvarda PSJ-i tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb. Paris klubunun baş məşqçisi Luis Enrike artıq ispan futbolçu ilə hesablaşmır. Fransa nəhəngi Asensio ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

“Transfermarkt” Asensionun dəyərini 20 milyon avro olaraq qiymətləndirir. “Real”ın sabiq oyunçusunun PSJ ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Chosen
15
publika.az

1Sources