“O Səs Türkiyə 2025” yarışması üçün geri sayım başladı. Sevilən proqramın münsiflər heyətində yer alacaq məşhur adlar rəsmi olaraq açıqlanıb.
Medianews.az milli.az-a istinadla xəbər verir ki, Acun Ilıcalı, “O Səs Türkiyə” Yeni İl xüsusi proqramında verdiyi açıqlamada, yarışmanın 25 yanvar 2025-ci ildə başlayacağını bildirib.
“O Səs Türkiyə 2025”-in münsif heyəti dəqiqləşib. Münsiflərdə Bəyazıt Öztürk, Melikə Şahin, Gökhan Özoğuz və Hadisə yer alacaq.
Qeyd edək ki, “O Səs Türkiyə” sonuncu dəfə 2022-ci ildə ekrana gəlmiş və o vaxtın çempionu Həsən Koçak olmuşdu.