EN

Erməni gənclər Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırırlar

Ermənistanda yeni yaradılan sərhəd qoşunlarında yayınma halları xeyli yüksəlib. Xidmətə çağırılmış çağırışçıların bir çoxu sərhəd zonalarında xidmət etməkdən müxtəlif yollar axtarır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları statistika dərc edib.

Hesabata əsasən, İkinci Qarabağ müharibəsindən sonra erməni gənclərinin hərbi xidmətə münasibəti kəskin dəyişib. Erməni valideynlər isə öz övladlarının sərhəd zonalarında xidmət keçməsini istəmirlər. Təkcə ötən il Ermənistanın müxtəlif mərzlərində faəliyyət göstərən hərbi komissarlıqlarında sərhəd qoşunlarından 30-a yaxın qanunsuz yayınma faktı aşkarlanıb.


Telegram kanalımız
Chosen
17
yenisabah.az

1Sources