EN

Qrenlandiya baş naziri Trampla görüşmək istəyir

Bakı. Trend:

Qrenlandiyanın baş naziri Mute Egede ABŞ-nin yeni seçilmişprezidenti Donald Tramp ilə görüşməyə hazır olduğunu bildirib.

Trend xəbər verirki, bu barədə CNN məlumat yayıb.

Egede çıxışında eyni zamanda Qrenlandiyanın arzularından sözaçaraq, müstəqil olmaq istədiklərini dilə gətirib.

“Bizim müstəqillik və öz evimizin sahibi olmaq arzumuz var. Bunahər kəs ehtiram göstərməlidir. Amma bu o demək deyil ki biz,Danimarka ilə bütün bağları, bütün əməkdaşlıqları və bütünmünasibətləri kəsəcəyik”, -deyə o bildirib.

Kopenhagendə keçirilən mətbuat konfransında ona Trampın onunlaəlaqə qurub-qurmadığı sualına: “Xeyr, amma biz danışıqlarahazırıq”, - deyə cavab verib.

Qeyd edə ki, yanvarın 20-də Birləşmiş Ştatlarda növbətiprezidentlik müddəti başlayan Tramp Danimarkanın nəzarətindən olanyarım-muxtar Qrenlandiyanın ABŞ tərkibinə daxil edilməsinin “mütləqzərurət” olduğunu dilə gətirmişdi.

Xatırladaq ki, Qrenlandiyada ümumilikdə 57 min nəfərə yaxıninsan yaşayır və ada 1953-cü ilə qədər Danimarka krallığınınmüstəmləkəsi olub. Hal-hazırda isə yarım-muxtar Danimarka bölgəsisayılır. Qrenlandiya 2009-cu ildə referendum yolu ilə müqəddəratınıhəll etmək hüququ qazanıb.

Məqalədə:
Chosen
18
5
az.trend.az

6Sources