Masallıda zəhərlənərək dünyasını dəyişən deyilən qızın ölüm səbəbi meningit olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.
"Yanvarın 4-də saat 00:20-də 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-u saat 09:40-da ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.
Telegram kanalımız