Ukraynalı qapıçı Dmitri Bezotosnı Zaporojye “Metallurq”unda çıxış etdiyi dönəmi xatırlayır.
Publika.az xəbər verir ki, o, “Qəbələ” və “Neftçi”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun “poladçılar”ın baş məşqçisi vəzifəsindən qovulmasının təfərrüatlarını danışıb.
“2009/2010-cu il mövsümündə biz Donetsk “Metallurq”unu evdə məğlub etmişik – 2:1. Yaxşı rəqib, paltardəyişmə otağında eyforiya var. Prezident Dvoretski paltardəyişmə otağına girir və deyir: “Ən pis oyun”.