EN

"ABŞ Çinin kiber fəaliyyətlərindən narahatdır"- Politoloq

"ABŞ maliyyə naziri Çinin kiber fəaliyyətlərdən narahatlığını də səsləndirib."

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a deyib.

"Bunun ikitərəfli iqtisadi əlaqələrə mənfi təsir etdiyin vurğulayıb. Bundan başqa amerikalı maliyyəçi Çinin qeyri-bazar üsulllarıyla ticarət aparmasına toxunub. Bu arada, “Wall Street Journal” amerikalı biznesmenlərinin investisiyalarını Çindən başqa ölkələrə köçdüyünü yazıb. Bu durum Pekinin iqtisadi problemləri və Amerika şirkətlərinin Çində uğur qazanmasını çətinləşdirdiyi bir vaxtda təsadüf edib. Donald Trampın Ağ Evə qaydışı da iki ölkə arasındakı iqtisadi münasibətlərə yaxşı heç nə vəd etmir.
ABŞ-ın maliyyə naziri çinli həmkarıyla iqtisadi əlaqələri müzakirə edərkən Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin regional rəqibi olan Hindistana səfər edib. Səfərin məqsədi iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi yollarının müzakirəsi olub. ABŞ və Hindistan hərbi-texniki əməkdaşlıqla yanaşı, mülki kosmos sahəsində də tərəfdaşlığı genişləndirməyi hədəfləyirlər. ABŞ Hindistanda reaktiv mühərriklərin birgə istehsalını planlaşdırıb. Sallivan Dehlidə Çinin yaratdığı çətinlikləri və onların aradan qaldırılmasında Hindistan-ABŞ əməkdaşlığının əhəmiyyətindən danışıb. Sallivan ayrıca, Dehlidə “Birləşmiş Ştatlar və Hindistan: Ortaq gələcəyin qurulması” adlı tədbirdə çıxış edib. O çıxışında regionda daha böyük təhlükəsizliyin təmin edilməsində iki ölkənin əməkdaşlığının rolunu qeyd edib. Ceyk Sallivanın sözlərinə görə, Prezident Baydenin və baş nazir Narendra Modi Çindən asılı olan sektorlarda istehsalı stimullaşdıran milli proqramlara investisiya qoymağı prioritet hesab etdikləri qənaətindədirlər. "

News365.az
Chosen
13
news365.az

1Sources