EN

Fransa Çaddakı bazalarının birindən öz kontingentini çıxarıb » AzadMedia.az


Fransa Çadın Abeşe bazasından öz hərbçilərinin çıxarılmasını başa çatdırıb.

Bu barədə “tchadinfo” portalı məlumat yayıb.

"Bir gün əvvəl bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb", - nəşr qeyd edib.

Baza Çad Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Ötən il noyabrın 29-da Çad Fransa ilə müdafiə sazişinin ləğv olunduğunu elan edib və dekabrın 20-də Parisdən 31 yanvar 2025-ci ilədək bütün hərbçiləri ölkə ərazisindən çıxarmağı tələb edib.
Chosen
6
17
azadmedia.az

10Sources