EN

Filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edilib

Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edir.

Publika.az xəbər verir ki, 2025-ci ildə Mədəniyyət Nazirliyi və ARKA kino sənayesinin inkişafı istiqamətində bir neçə müsabiqənin keçirilməsini planlaşdırır.

Elan olunan müsabiqənin şərtlərinə görə, çəkilişləri başa çatmış filmlərin postprodakşn mərhələsinin işlərini tamamlamaq üçün maliyyə vəsaiti ayrılacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.

Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 000 (otuz min) AZN, tammetrajlı sənədli filmlər üzrə 20 000 (iyirmi min) AZN, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 000 (on beş min) AZN, qısametrajlı animasiya filmləri üzrə isə 13 000 (on üç min) AZN müəyyən olunub.

Chosen
6
8
publika.az

9Sources