Danimarka hökuməti ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasına şəxsi mesajlar göndərərək onu inandırmağa çalışıb ki, Qrenlandiyanın təhlükəsizlik problemləri adanın ABŞ-nin tərkibinə daxil edilmədən həll oluna bilər.
“Report” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Danimarka adanın təhlükəsizliyinin möhkəmləndirilməsini və ya orada ABŞ-nin hərbi iştirakının artırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.