ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) məlumat verib ki, Kaliforniyada meşə yanğını ilə mübarizə apararkən yanğınsöndürən təyyarə pilotluqsuz uçuş aparatı (PUA) ilə toqquşub. Hadisə, təyyarənin yanğınsöndürmə əməliyyatlarını həyata keçirdiyi zaman baş verib.CBS News-in məlumatına görə, FAA Los-Anceles ətrafında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyub.Toqquşma ciddi təhlükəsizlik riskləri yaratsa da, təyyarə zədələnmədən bu əməliyyatları davam etdirə bilib. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir və gələcəkdə belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməsi planlaşdırılır.Səidə Mustafa
Diqqət Çəkənlər
Uzun müddət qəbul edilən B6 vitamini sinir toxumasıni zədələyə bilər
"Özlərini idarə edə bilmirlər və daha çox yeyirlər": Fasiləli orucun faydaları və mənfi cəhətləri
Al Masirah: ABŞ və Böyük Britaniya Yəmənin paytaxtındakı elektrik stansiyasına hücum edib