EN

RUSİYANIN NEFT SATIŞINA ÖLDÜRÜCÜ ZƏRBƏ – ABŞ və Britaniya bu şirkətlərə sanksiya qoydu

ABŞ və Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

"AzPolitika" xəbər verir ki, ABŞ və Birləşmiş Krallıq Rusiyanın enerji gəlirlərini azaltmaq məqəsədi ilə bu qurumları həfəfə alıb:

Neft hasil edən və ixrac edən Rusiyanın ən böyük iki şirkəti - "Qazprom Neft" və "Surqutneftegaz", həmçinin onların törəmə şirkətlərinə qarşı sanksiya;

180-dən çox gəmiyə (əsasən Rusiyanın kölgə donanmasının bir hissəsi olan neft tankerləri, onların köməyi ilə sanksiyalardan yayınır və neft nəql edirdi) sanksiyalar;

Onlarla qeyri-şəffaf neft neft treyderlərinə sanksiyalar;

Neft-mədən xidmətlərinin təchizatçılarına sanksiyalar;

Dəniz sığortası ilə məşğul olan “İnqosstrax” və “AlfaStrakhovanie” şirkətlərinə sanksiyalar;

Energetika sahəsində çalışan məmurlara sanksiyalar.

Xüsusilə, sanksiyalara məruz qalan iri şirkətlər arasında Rusiyanın ən böyük gəmiçilik şirkəti "Sovcomflot" və ona məxsus olan 69 gəmi də var.

Aşağıdakı şəxslər sanksiyalara məruz qalıb:

"Welltech" şirkətinin sahibi Yusuf Ələkbərov - ən zəngin rusiyalı (Forbes-ə görə), Lukoil-in əsas səhmdarı Vahid Ələkbərovun oğludur;

"Qazprom Neft"-in rəhbəri Aleksandr Dyukov;

"Surqutnefteqaz"-ın rəhbəri Vladimir Boqdanov;

"Lukoyl" şirkətinin rəhbəri Vadim Vorobeyov;

"Tatneft" şirkətinin rəhbəri Nail Maqanov;

"Zarubejneft"-in rəhbəri Sergey Kudryaşov;

"Başneft"-in rəhbəri Vladimir Çernov;

Rusiya Federasiyasının energetika nazirinin müavinləri Roman Marşavin və Eduard Şeremetsev.

"Birləşmiş Ştatlar Ukraynaya qarşı amansız və qeyri-qanuni müharibəsini maliyyələşdirmək üçün Rusiyanın əsas gəlir mənbəyinə qarşı genişmiqyaslı addımlar atır", - sanksiyalarla bağlı bəyanarda qeyd edilir.

Maliyyə Nazirliyinin bəyanatında xüsusilə vurğulanır ki, sanksiyalara məruz qalan Rusiya şirkətləri ilə əməliyyatlar aparan xarici şirkətlər özləri də sanksiyalar siyahısına daxil edilə bilərlər.

"Reuters" agentliyi qeyd edib ki, bu sanksiyalar Rusiya neft sənayesinə tətbiq edilən ən sərt sanksiyalardan biridir. Onların Rusiya neftinin əsas alıcıları olan Hindistan və Çinə ixracına ciddi maneələr yaradacağı gözlənilir.

Eksperlərə görə, yeni mədudiyyətləŕ Rusiyanın neft ixracının 20 faiz itirilməsi ilə nəticələnə bilər.

Rasim Əliyev

"AzPolitika.info"

Chosen
16
azpolitika.info

1Sources