"Napoli"nin baş məşqçisi Antonio Konte Xviça Kvaratsxeliyanın transferinə münasibət bildirib.
İdman.biz xəbər verir ki, gürcüstanlı futbolçu transferinə icazə verilməsini istəyib.
"Kvaratsxeliya satılması ilə bağlı müraciət etdi. Çox üzgünəm. 6 ay onun üçün nəsə vacib bir şey etməyə çalışdım. Bundan başqa, klubla onun müqaviləsi ilə bağlı müzakirələr apardıq. 6 aydan sonra yenidən eyni mərhələyə qayıtdıq", - deyə Konti Xviçanın gələcəyi bağlı danışıb.
Qeyd edək ki, PSJ-nin 23 yaşlı hücumçunu 80 milyon avroya transfer edəcəyi xəbərlər yayılıb.
İdman.biz