Lap tutaq ki, azarkeşlərin oyunu izləməsinə qoyulan qadağanı anladıq. Hərçənd ölkəmizdə azarkeşlərin yoldaşlıq oyunlarına gəlməsi nadir hadisədi. Bəs jurnalistlər üçün niyə belə imkan yaradılmadı?
“Football-plus.az”ın bu sualını “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov cavabladı:
“Hər kəs üçün qapalı olub. Belə razılaşdırılıb. Bu, “Araz-Naxçıvan”ın təşəbbüsüdü. Ona görə də klubun sosial şəbəkə hesablarında açıqlamada hər kəs üçün qapalı olduğunu qeyd etdik”.
ƏSƏD SEYİDOV