EN

30 yaşlı vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir TƏFƏRRÜAT/VİDEO

Bakı sakini, 30 yaşlı Adnan Məcili şəxsiyyət vəsiqəsi ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Adnan Məcili  deyir ki, 2020-ci ilə qədər Xəzər rayon Polis İdarəsində qeydiyyatda olub, daha sonra çıxarılıb. Hazırda onun sənədinin vaxtı bitib, lakin heç bir yerdə qeydiyyatı olmadığı üçün şəxsiyyət vəsiqəsini almaqda çətinlik yaşayır.

Müsahibimiz deyir ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən bir sıra problemləri olur. O iddia edir ki, bununla bağlı aidiyyəti qurumlara müraciət edib, lakin kömək göstərilməyib.

Hüquqşünas Emil Aslanov isə deyir ki, vətəndaşa qeydiyyatda olduğu polis idarəsindən imtina verilibsə, inzibati məhkəməyə müraciət etməlidir. 

Daxili İşlər Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
29
5
xezerxeber.az

10Sources