Rusiya ABŞ-nin yerli enerji sektoruna tətbiq etdiyi sanksiyalar paketinə rəsmi münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi müvafiq bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, məhdudiyyətlər ABŞ-nin hazırkı adminstrasiyasının düşmənçilik siyasətini əks etdirir və Rusiya öz növbəsində buna cavab verəcək:
“Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq”.