EN

Kiyev PUA-larla bağlı rekorda nail olmaq istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski pilotsuz uçuş aparatlarının (PUA) sifarişlərini artırmağı əmr edib.

“UNIAN”ın yaydığı məlumata görə, o, bu barədə Baş Qərargahın növbəti iclasında danışıb.

Onun sözlərinə görə, əsas məqsəd bu ili bütün növ “PUA”ların əldə edilməsində rekorda nail olmaq və Ukrayna raketlərinin, artilleriyasının və digər zəruri avadanlıqların istehsalını əhəmiyyətli dərəcədə artırmaqdır.

Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal daha əvvəl ölkəsinin 2025-ci ildə 30 min uzaq mənzilli PUA və 3 min raket istehsal etməli olduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Ukraynanın müdafiəsi və təhlükəsizliyi üçün ümumilikdə 2 trilyon 230 milyard qrivna ayrılıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Chosen
23
12
news365.az

10Sources