Bu gün Türkiyə Superliqasında 19-cu tura start verilib.
QOL.az xəbər verir ki, ilk gündə 3 oyun keçirilib.
“Beşiktaş” evdə "Bodrumspor"a qalib gəlib. "Samsunspor" "Kayserispor"u, "Rizespor" isə "Hatayspor"u üstələyib.
Hazırda turnir cədvəlinin lideri 47 xala malik "Qalatasaray"dır (17 oyuna). "Fənərbaxça" 39 xalla 2-ci (17 matça), "Samsunspor" 36 xalla 3-cü (18 oyuna), "Eyüpspor" 30 xalla 4-cü (18 matça), "Beşiktaş" isə eyni xalla (18 oyuna) 5-cidir.
Türkiyə Superliqası, 19-cu tur
11 yanvar
"Kayserispor" - "Samsunspor" - 0:1
Qol: Marius, 1
"Hatayspor" - "Rizespor" - 1:2
Qollar: Boutobba, 23 - Dyak, 11-avtoqol, Qezzal, 63-pen.
"Beşiktaş" - "Bodrumspor" - 2:1
Qollar: Ndour, 32, İmmobile, 40 - Puskas, 90+4