EN

Avropa İttifaqı cəlbediciliyini itirir

Avropa iqtisadiyyatı həddindən artıq bürokratiya və yüksək enerji qiymətləri səbəbindən rəqabət qabiliyyətini və investorlar üçün cəlbediciliyini itirir.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə DPA agentliyi Avropa Komissiyasının hesabatına istinadən məlumat yayıb.

Hesabatın məlumatları göstərib ki, 2008-2021-ci illər arasında qiyməti 1 milyard dolları keçən Avropa startaplarının demək olar ki, üçdə biri ofislərini Aİ hüdudlarından kənara (əsasən ABŞ-a) köçürüb.

Üstəlik, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropadadır və Avropada isə əmək məhsuldarlığı ABŞ-dan aşağı olaraq qalır.

Sənəddə həmçinin qeyd olunub ki, enerjinin yüksək qiyməti (ABŞ-dan iki-üç dəfə yüksəkdir), ixtisaslı mütəxəssislərin çatışmazlığı və mürəkkəb bürokratik sistem Avropa iqtisadiyyatının inkişafına mane olan əsas amillərdir.(Report)

Chosen
8
16
seherxeber.org

10Sources