"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçusu Ronald Arauxonun digər kluba keçəcəyi xəbərlərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, İspaniya Superkubokunun finalında "Real"la matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Mən Arauxonu öz komandamda istəyirəm, çünki o, hazırda olan ən yaxşı müdafiəçilərdən biridir. Zədədən geri qayıdıb və oynaya bilər. Bilirəm ki, çoxlu şayiələr var, amma Ronald böyük peşəkardır".
Qeyd edək ki, daha öncə mətbuatda "Yuventus"un Ronald Arauxoya təklif göndərməsi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, "Barselona"nın "Real" ilə matçı 12 yanvar, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media