EN

Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürə bilər.

"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə Şanlıurfa şəhərində hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxışında bildirib. Ərdoğanın məşhur müğənni İbrahim Tatlısəslə arasında dialoq yaşanıb.

Tatlısəs Ərdoğana “Növbəti dövr prezidentliyə hazırsınız, yoxsa yox? Buna cavab alaq?" sualını verib.

Ərdoğan isə “Sən varsansa, varam”, - cavabını verib.

Bu, Türkiyə mətbuatında Ərdoğanın növbəti dəfə namizəd olacağı barədə müzakirələr yaradıb.

Xəzər

"Cebheinfo.az"

Chosen
16
cebheinfo.az

1Sources