EN

Ərdoğan növbəti seçkilərə qatılacaq-Açıqladı

XALQ.AZ xəbər verir ki, Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən ölkə rəhbəri və məşhur müğənni İbrahim Tatlıses arasında dialoq yaşanıb.

 

“Sən varsansa, varam”, – dövlət başçısı cavab verib.

Məlumat üçün bildirək ki, sonuncu prezident seçkiləri zamanı Ərdoğan bir daha namizədliyini irəli sürməyəcəyini demiş və bu seçkilərin onun üçün sonuncu olduğunu söyləmişdi. İndi rəsmi şəkildə olmasa da, üçüncü müddətə prezidentliyə namizəd olacağını istisna etməməsi onun fikrini dəyişdiyinin göstəricisidr.

Bir müddət öncə Türkiyə liderinin baş müşaviri Mehmet Uçum da belə bir ehtimalın gerçəkləşəcəyinə işarə edərək bunları demişdi: 

“Konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq prezident yenidən namizəd ola bilər”.

Xatırladaq ki, Ərdoğanın ikinci prezidentlik müddəti 2028-ci ildə başa çatır və konstitusiyaya görə, o, iki dəfə ardıcıl sözügedən posta seçildiyi üçün üçüncü dəfə namizəd ola bilməz.

Chosen
17
xalq.az

1Sources