"11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır".
"Operativ Media" xəbər verir ki, o, bunu klubun mətbuat xidmətinə verdiyi musahibədə deyib.
"Mən bu məqamla tez-tez rastlaşmışam. Əgər limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır. Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf mərhələsi, dəqiq bilmirəm, plan hansı istiqamətdədir. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsadüfi yox, mərhələli şəkildə işin aparılmasıdır. Əgər bu plan futbolun mərhələli şəkildə inkişafı üçün nəzərdə tutulubsa bu başqa məsələ.Yox əgər bu məsələ təsadüfi spontan şəkildə yaranıbsa onda nəsə demək çətindir. Tutaq ki ancaq 11 legioner oynayacaqsa onda bizim akademiyalar nə işə yarayır. Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də təkrarlayıram, bu məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki uşaq və yeniyetmə milli komandaların strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz ki, bundan sonra bir çox azərbaycanlı futbolçu harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin olacaq. Amma mən birmənalı olaraq buna qarşıyam".