EN

Efiopiyada 49 ildən sonra ilk fond birjası fəaliyyətə başladı

Bakı. Trend:ı

Efiopiyanın Baş naziri Abiy Əhməd, 1974-cü ildən sonra ilk dəfəölkədə fond birjasının fəaliyyətə başladığını elan edib.

Trend xəbər verirki, Efiopiya Fond Birjasının (ESX) işə düşməsi ölkənin maliyyəsistemini gücləndirəcək və iqtisadi inkişafını stimullaşdıracaq.Yeni fond birjası müəssisələr, dövlət qurumları və investorlar üçünmüxtəlif maliyyə məhsulları və xidmətləri təqdim edərək, həm yerli,həm də xarici sərmayəçilər üçün geniş imkanlar yaradacaq.

"Bu gün iqtisadi və maliyyə sektorumuz üçün tarixi birmərhələdir. Biz Efiopiya Fond Birjasını rəsmi olaraq işə salmaqüçün zəng çaldıq," - deyə Baş nazir çıxışı zamanı bildirib.

Abiy Əhməd xarici investorları Efiopiyanın sürətlə inkişaf edəniqtisadiyyatını araşdırmağa dəvət edərək, ölkənin böyük potensialamalik bazar olduğunu vurğulayıb. Xatırladaq ki, Efiopiya hökumətidaha əvvəl pərakəndə sektorunu xarici investisiyalara açıq elanetmişdi.

Efiopiyada fond birjası sonuncu dəfə 1974-cü ildə, imperatorHaile Selassienin devrilməsi ilə bağlı bağlanmışdı.

Chosen
18
1
az.trend.az

2Sources